Conference

Azərbaycan Müəllim İnkişafı Mərkəzi



Avropa Azərbaycan Cəmiyyətinin


birgə layihəsi

Öyrənməyi öyrənmək

mövzusunda şagirdlərin təlim keyfiyyətinin yaxşılasdırılmasında maraqlı olan müəllim, direktor və digər təhsil işçiləri üçün

2-ci Beynəlxalq Təlim Konfransı

16-17 Noyabr 2017

Bakı, Azərbaycan
Avropa Azərbaycan Məktəbi
1128, A. Abbaszadə

Əsas məruzəçilər

Leyn Klark

Leyn Klarkın kitabları

Leyn Klark

Lane Clark tədqiqata əsaslanan, yüksək təsirə malik tədris təcrübəsi və qiymətləndirmə strategiyaları üzərində qurulan zəngin kurikulum və güclü pedaqogikanın yaradılması və tətbiqi sahəsində yüksək nüfuz qazanmış mütəxəssisdir.

Leyn son 25 ildə dünyanın müxtəlif yerlərindən olan ibtidai, orta məktəb və ali təhsil müəssisələrinin təhsil işçiləri ilə birgə işləmiş, dünyanın 5 qitəsini əhatə edən 18 ölkədə öz ideyalarını tanıtmışdır. Onun metod və strategiyaları hazırda Avstraliya, Yeni Zelandiya, Birləşmiş Krallıq, Kanada, Birləşmiş Ştatlar, İsveç, İspaniya, Tayvan, Honq Konq, Malaziya, BƏƏ-də və Sinqapur məktəblərində istifadə olunur. Leynin açıq düşünmə və öyrənmə bacarıqlarına yanaşması 4 ölkənin universitetində tətbiq olunur. Müəllifin ilk kitabı Amsterdam Universitetinin magistratura pilləsində tənqidi və yaradıcı düşüncənin tədrisində dərslik kimi istifadə olunur.

Leyn ən müasir tədqiqat nəticələrini yüksək təsirə malik tədris strategiyaları və metodlarına çevirmək kimi nadir bacarığa malikdir. O, hər şeydən əvvəl müəllimdir və vaxtaşırı işlədiyi məktəblərdə birhəftəlik dərslər keçərək özünün yaratdığı metod və strategiyaların şagirdlərin öyrənmə prosesinə necə kömək etdiyini, onları həvəsləndirdiyini və təhsil proqramını (kurikulumu) necə həyata keçirdiyini nümayiş etdirir. Leyn “Öyrətmə və öyrənmənin kəsişdiyi yer” və “Qiymətləndirmənin düşüncə və öyrənmə ilə kəsişdiyi yer” adlı iki kitabın müəllifidir, bundan əlavə o, tədqiqat əsaslı öyrənmə modeli, düşüncə çərçivəsi, öyrənmə üçün 9 mikro-proses, qiymətləndirmə metodları dəsti və analitik vasitə (“düşüncə sxemi”) də işləyib hazırlamışdır.

Leyn konfranslarda əsas məruzəçi olmaqdan əlavə, yüksək ixtisaslı təlimçi və motivatordur. Leynlə əməkdaşlıq edən təhsil işçiləri onun özünəməxsus, fənlərarası və yüksək praktik yanaşmasını tətbiq etməklə kurikulum əsasında dərslərini daha yaxşı planlamağa və təlim prosesini daha səmərəli təşkil etməyə və qiymətləndirməyə başlayırlar.
Mətt Bromli

Mətt Bromli

Mətt məsləhətçi, məruzəçi və təlimçi kimi işləməklə yanaşı, ibtidai məktəblərin idarə heyətinə daxildir; müəllimlik və təhsil liderliyi üzrə 18 illik iş təcrübəsi vardır. O, TES, SecEd, Headteacher Update, SEN Leader TES, School Business Manager jurnalı və School Inspection+Improvement kimi müxtəlif qəzet və jurnallar üçün məqalələr yazır.

O, eyni zamanda artıq bestseller olan bir sıra kitabların müəllifidir. Həmin kitabların bəziləri bunlardır: “Öyrənməyə liderlik”, “Məktəb rəhbəri necə olmalı”, “IQ mifi”, ”Ictimaiyyət qarşısında danışma sənəti”, “Öyrət”, “6-8-ci sinif şagirdlərinin təlim nəticələrini yaxşılaşdırmaq” və “Gənc müəllimlər üçün metodik vəsait”. O, “Yüksək savad təlimi” və “Orfoqrafiya, orfoepiya və qrammatika” kitablarının redaktoru olmuşdur.
Məttin təhsil bloqu Birləşmiş Krallıqda ən nüfuzlu təhsil bloqu kimi səsçoxluğu qazanmışdır.

O, vaxtaşırı milli və beynəlxalq konfrans və tədbirlərdə məruzəçi kimi çıxış edir, xeyriyyə təşkilatları, dövlət agentlikləri, təlim müəssisələri, kollec və multi-akademik qurumlara məsləhət xidməti göstərir. O, 2012-ci ildə təsis etdiyi Bromli Təhsil şirkəti vasitəsilə genişmiqyaslı onlayn konsultasiya və təlim xidmətlərini də həyata keçirir.

Mətt Bromlinin kitabları
Tristan Stobi

Tristan Stobi

Tristan Stobi Kembric Qiymətləndirmə Beynəlxalq Təhsil üzrə direktordur. Tristan bundan əvvəl Kurikulumun Yaradılması üzrə Beynəlxalq Bakalavriat proqramının rəhbəri olmuş və Atlantik Kollecdə - Uelsdə -The United World College –də rəhbər vəzifəsində işləmişdir.

Kembric Qiymətləndirmə Beynəlxalq Təhsil üzrə direktor kimi Tristan məktəblərin Kembric müəllim və şagirdlərini və eyni zamanda təhsilin inkişafı ilə məşğul olanlarla müştərək işləyənləri dəstəkləyən Kembric Qiymətləndirmə Beynəlxalq Təhsil üzrə strategiyasının inkişafına rəhbərlik edir.

Tristanın əsas məruzəçi kimi öyrənməyi öyrənmək ifadəsinin mənasını və bunun nə üçün baş verdiyini izahı ilə başlayacaq çıxışını izləmək istəyirsinizsə Beynəlxalq Təlim Konfransına qoşula bilərsiniz. Onun sessiyasının əksər hissəsi effektiv müstəqil öyrənənlər olmaq üçün şagirdlərə lazım olan şəraitin məktəb tərəfindən necə yaradıla biləcəyinə köklənəcək. Sübut olaraq yanlış anlayışlar faktlardan ayırd ediləcək. İştirakçılar üçün praktiki ideyalar təqdim olunacaq.