Conference

Azərbaycan Müəllim İnkişafı Mərkəzi



Avropa Azərbaycan Cəmiyyətinin


birgə layihəsi

Öyrənməyi öyrənmək

mövzusunda şagirdlərin təlim keyfiyyətinin yaxşılasdırılmasında maraqlı olan müəllim, direktor və digər təhsil işçiləri üçün

2-ci Beynəlxalq Təlim Konfransı

16-17 Noyabr 2017

Bakı, Azərbaycan
Avropa Azərbaycan Məktəbi
1128, A. Abbaszadə

SALAMLAMA NİTQİ

Salam!

Azərbaycan Müəllim İnkişafı Mərkəzi (AMİM) Sizi 16 və 17 noyabr 2017-ci il tarixlərində keçiriləcək “Öyrənməyi öyrənmək” adlı 2-ci Beynəlxalq Təlim Konfransı və 18 noyabr 2017-ci il tarixində baş tutacaq konfrans sonrası “Master klass” seminarlarında görməkdən məmnunluq hissi duyacaq. Konfrans Avropa Azərbaycan Məktəbinin Badamdarda yerləşən binasında keçiriləcəkdir.

Bu ilki konfransımız “Öyrənməyi öyrənmək” mövzusuna köklənəcəkdir. Konfrans müddətində iştirakçılar öyrənməyin mahiyyəti, bilmək və öyrənmək arasındakı fərq və əsl öyrənməyin necə olduğuna dair biliklərini inkişaf etdirəcəklər. Bundan əlavə, konfransda düşünmə prosesinin necə baş verdiyi, müəllimlərin ağıllı düşünmək bacarığını necə təşviq edə biləcəkləri və şagirdlərin təlim nəticələrinin inkişaf etdirilməsində beynin məlumatı necə emal etdiyinin rolu təhlil olunacaqdır.

Konfrans iki tanınmış beynəlxalq tədqiqatçını Leyn Klark (Kanada) və Mətt Bromli (BK) Bakıda bir araya gətirəcəkdir. Leyn və Mətt beynəlxalq tədqiqat, düşüncə və öyrənmənin “işığında” bizləri tədris təcrübəmizi yenidən nəzərdən keçirməyə ruhlandıracaqlar.

Əsas məruzəçilərimizlə yanaşı, yüksək təcrübəli xarici və yerli təhsil işçiləri və müəllimlər də bölmə seminarlarında müxtəlif mövzularda təqdimat edəcəklər.

Konfransda beynəlxalq səviyyəli təhsil liderlərinin peşəkar öyrənmə və inkişafa dair təcrübələrindən əlavə, Azəbaycanın müxtəlif məktəblərində çalışan müəllimlərin görüşməsi, ünsiyyət qurması və ən yaxşı təcrübələrini bölüşməsi üçün də imkan yaranacaqdır.

AMİM komandası adından Sizi bu konfransda iştirak etməyə dəvət edirəm.

Hörmətlə,
Qrem Pollok
Azərbaycan Müəllim İnkişafı Mərkəzinin direktoru

Graeme Pollock